Qazaxıstanın Astana komandasından ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.
Eurasia Diary Dynamomania nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır.
Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk yanvarın 13-də klubdan ayrılıb. 2015 - 2018-ci illərdə "Qəbələ"də işləyən ukraynalı məşqçi ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. (report.az)