Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Ednews xəbər verir ki, komanda yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlar finalda Fransa seçməsi ilə qarşılaşacaq.
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
Sablyaçılar ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.
Yığma 1/4 finalda Macarıstanı eyni hesabla üstələyib. Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komanda yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.
Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.