Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
Ednews xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutacaq. Günün yeganə matçında "Qarabağ" "Keşlə"nin qonağı olacaq. "ASK Arena"dakı qarşılaşma saat 18:00-da başlayacaq. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Səfər qolu qaydası ləğv olunduğundan, iki görüşün nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.