UEFA mayın 28-i keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyini Sankt-Peterburqdan alınaraq Londona veriləcəyi ilə bağlı yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.
Ednews Rusiya KİV-nə istinadən xəbər verir ki, qurumun mətbuat xidməti bu xəbərləri təkzib edib:
“UEFA vəziyyəti yaxından izləyir. Hazırda final matçının keçiriləcəyi məkanın dəyişdirilməsi nəzərdə tutulmur”, - deyə UEFA-nın açıqlamasında bildirilib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişənin böyüməsi səbəbindən Sankt-Peterburqdan ev sahibliyinin alınacağı ilə bağlı xəbərlər yayılmışdı.