Qarabağda keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıda - FOTOLAR - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Qarabağda keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıda - FOTOLAR

İdman A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatasının başlamasına 2 gün qalıb.

Ednews-un məlumatına görə, artıq iştirakçı ölkələrdən Özbəkistan komandası Bakıya gəlib. Günorta saatlarında Azərbaycan paytaxtına təşrif buyuran qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

Qeyd edək ki, Özbəkistan "Prezident kuboku"nda 5 idmançı ilə mübarizə aparacaq. Yarış 2 gün davam edəcək.

Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq.

“Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

 

 

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...