Qadın futbolçulardan ibarət İngiltərə və Almaniya milli komandaları keçiriləcək Avropa çempionatının final oyununu televiziya vasitəsilə 30 milyon tamaşaçı canlı izləyəcək.
Ednews xəbər verir ki, bu barədə tanınmış jurnalist Riç Laverti özünün tviter hesabında paylaşım edib.
O, bildirib ki, qitə çempionatının izlənmə sayı 2017-ci illə müqayisədə 58% artıb.
Həmçinin, turnirin oyunlarına tribunadan təqribən 487 683 insan baxıb ki, onların 47%-ni qadınlar təşkil edib.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda oynanılacaq final matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.