UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab oyununda "Ferentsvaroş" klubuna 3:1 hesablı qələbə qazanan "Qarabağ" Bakıya qayıdıb.
Ednews xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda "köhlən atlar"ı azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu baş tutub.
“Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib və Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək.