Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Ednews xəbər verir ki, 59 kq-da çıxış edən idmançı yarımfinalda türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.
Kolesnik bu nəticə ilə ən azı gümüş medalı təmin edib.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.