Güləşçimiz erməni rəqibini məğlub etdi - FİNALDADIR! - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Güləşçimiz erməni rəqibini məğlub etdi - FİNALDADIR!

İdman A- A A+

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Ednews xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...