Mətbuat Şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı keçirilib

İdman 17:31 17.10.2022

17 oktyabrda Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.

Ednews xəbər verir ki, toplantıda öncə Vətən uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin, dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bir il öncə E.Əşrəfoğlunun vəfatı onu tanıyan hər kəsi sarsıtdı, üzüntüyə və kədərə qərq etdi. Buna görə təqdimatı keçirilən kitab həm təsəllidir, həm də jurnalistin ruhuna etiramdır.

R.Məcid həmçinin vurğulayıb ki, idman jurnalistikasının simasına çevrilmiş E.Əşrəfoğlu ümumilikdə ötən əsrin 90-cı illərində yetişmiş jurnalist nəslinin parlaq istedadı, bacarığı və təşəbbüskarlığı ilə seçilən nümayəndələrindəndir. O, bənzərsiz peşə duyumu, professional keyfiyyətləri ilə tanınmışdısa, incə yumor tərzi, qayğıkeşliyi, dostcanlılığı ilə də hörmət qazanmışdı. “Əmək fəaliyyətinə 1992-ci ildə “525-ci qəzet”də başlamış Elnur idman jurnalistikasına yeni ruh gətirmişdi. Buna görə müasir dövr idman jurnalistikasının simvollarındandır. Onun xatirəsinə ehtiram əlaməti kimi ərsəyə gəlmiş kitab bu baxımdan da müstəsna əhəmiyyət daşımaqdadır”, - deyən R.Məcid E.Əşrəfoğlu ilə bağlı xatirələrini yada salıb.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, tanınmış telejurnalist Telli Pənahqızı, tanınmış naşir və şoumen, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə, ATV telekanalının İdman informasiya proqramının redaktoru və aparıcısı İlkin Xəlilov, telekanalın digər əməkdaşı Sənan Şəfizadə, AZTV-nin əməkdaşı İman Orucov, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının hazırlanmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı mərhum jurnalisti peşəkar televiziyaçı, dost, yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş vətənpərvər, əsl ziyalı, mərd və bütöv xarakterə malik insan, gözəl ailə başçısı kimi xarakterizə edərək xatirə dolu fikirlərini bölüşüblər.

Toplantıda Elnur Əşrəfoğlunun adının əbədiləşdirilməsi məqsədilə idman jurnalistləri üçün nəzərdə tutulacaq mükafatın təsis edilməsinə dair təklif yekdilliklə bəyənilib, mövcud istiqamətdə işlərin aparılmasının, prosesə Mətbuat Şurasının da dəstək verməsinin zəruriliyi vurğulanıb. Belə bir qədirbilənliyin nəinki idman mediasının, ümumilkdə jurnalistikanın stimullaşdırılmasına əməli töhfə, E.Əşrəfoğlunun həyat yoluna dəyər nümunəsi kimi gənc nəslə örnək ola biləcəyi diqqətə çatdırılıb.

Toplantıda çıxış edən E.Əşrəfoğlunun atası Əşrəf Şükürov, həyat yoldaşı İlahə Şükürova mərhumun xatirəsinə dəyər verdikləri üçün tədbir iştirakçılarına, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsində əməyi keçən şəxslərə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun Beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan Televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə İdman Jurnalistləri Asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib.

Milli Olimpiya Komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş E.Əşrəfoğlu 2010-cu ildə “Neftçi” İdman Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space TV”də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan Cüdo Federasiyası ilə bağlayıb. Burada əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. E.Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da “COVID 19” xəstəliyindən dünyasını dəyişib.

Onu da bildiririk ki, “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının redaktoru və ön söz müəllifi professor Qulu Məhərrəmli, tərtibçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və Neftçi İdman Klubunun həkimi İlahə Şükürova, rəyçisi ATV-nin İdman informasiya proqramının redaktoru və aparıcısı İlkin Xəlilovdur. Kitabda E.Əşrəfoğlun həmkarları, dostları, doğmaları və əzizləri olmaqla ümumilkdə 30-dan çox şəxsin onun barədə qeydləri, tanınmış jurnalistin həyatının müxtəlif illərinə aid fotolar yer alıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı