“Qarabağ” braziliyalı ulduzla maraqlanır - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

“Qarabağ” braziliyalı ulduzla maraqlanır

İdman A- A A+

“Qarabağ” məşhur braziliyalı futbolçu Oskarla maraqlanır.

Ednews
xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Hazırda “Şanqai Port” klubunda çıxış edən yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirə bilər. Xəbərdə ağdamlıların Oskarı mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir. “Çelsi”dən tanıdığımız braziliyalı yarımmüdafiəçinin “Şanqai Port”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunur.

Oskarın klubla müqaviləsi 2024-cü ilin noyabr ayına qədərdir. O, bu mövsüm cəmi bir dəfə kubok oyununda meydana çıxıb və bir qol vurub.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...