Məşqçilər dava elədi, - AFFA cəzalandırdı - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Məşqçilər dava elədi, - AFFA cəzalandırdı

İdman A- A A+
AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Ednews xəbər verir ki, komitə AFFA Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyunundakı neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
 
“Səbail”in baş məşqçisi Müşviq Qənbərovla “Neftçi”dəki həmkarı İlyas Qurbanov arasında davamlı şəkildə mübahisə olub. Baş hakim tərəfindən qırmızı vərəqə alan hər iki mütəxəssis 5 oyunluq cəzalandırılıb.
 
“Neftçi”nin futbolçusu Oruc Məmmədov isə 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə, meydandan kənarlaşdırıldıqdan sonra rəqib komandanın ünvanına qeyri-etik ifadələr işlədib. Bu, onun 4 matçlıq diskvalifikasiya olunmasına səbəb olub


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...