Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edərək finala çıxıb.
Finalda onun rəqibi Fransa cüdoçusu Sedrik Revol olub. Millimizin üzvü rəqibinə qalib gələrək “Böyük Dəbilqə”ni qızıl medalla başa vurub.
Bu gün tatamiyə çıxan digər cüdoçularımızdan 66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinə fevralın 5-də yekun vurulacaq.