“Neftçi”nin kapitanı Emin Mahmudov komandanı tərk etmək qərarına gəlib.
Ednews xəbər verir ki, paytaxt klubu futbolçunu heyətdə saxlamaq üçün bütün imkanları səfərbər etsə də, millimizin üzvü artıq qərarını verib.
Ancaq Eminin “Neftçi”dən gedişi maliyyə problemi ilə bağlı deyil. “Flaqman” ona daha yaxşı şərtlərlə müqavilə təklif edib. Mahmudov isə şəxsi problemlərə görə komandadan getmək istəyir.
Futbolçunun ailəsi Azərbaycandan köçüb Rusiyaya qayıtmaq arzusundadır. Məhz bu səbəbdən də kapitan böyük ehtimalla “Neftçi”də qalmayacaq. Onun Rusiya klublarından biri ilə müqavilə bağlayacağı gözlənilir.