Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşdi - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşdi

İdman A- A A+
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.
 
Ednews xəbər verir ki, bu raundda ilk qarşılaşmalar martın 29-u və 30-da keçiriləcək.
 
Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.
 
Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.
 
Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
 
Yüksək Liqa (qadınlar)
 
Yarımfinal, ilk oyunlar
 
29 mart
 
16:00. "Abşeron" - "Murov"
 
18:00. "Azərreyl" - UNEC
 
Yüksək Liqa (kişilər)
 
Yarımfinal, ilk oyunlar
 
30 mart
 
16:00. "Murov" - MOİK
 
18:00. "Xarı bülbül" - “Neftçi”
 
Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində keçiriləcək.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...