Türkiyə klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Türkiyə klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

İdman A- A A+
Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.
Ednews   xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.
 
Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.
 
Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.
 
Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...