Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
Ednews xəbər verir ki, Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan Canluka Talamo ilə qarşılaşıb.
O, rəqibini vaxtından əvvəl tam üstünlüklə (12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.