10 iyun 2023-cü il İstanbulda keçiriləcək Çempionlar Liqasının finalının biletləri satışa çıxarılıb.
Ednews xəbər verir ki, 2023 UEFA Çempionlar Liqasının final matçının biletlərinin qiymətləri aşağıdakı kimidir:
Kateqoriya 690 Avro (14 min 679 TL)
Kateqoriya 490 Avro (10 min 424 TL)
Kateqoriya 180 Avro (3 min 829 TL)
Kateqoriya 70 Avro (min 489 TL)
Əlillər üçün biletləri, o cümlədən pulsuz müşayiət biletini 70 Avroya almaq olar. Biletlər UEFA-nın rəsmi bilet portalı "UEFA.com"da sorğuların toplanması və təsdiqləmə mərhələləri başa çatdıqdan sonra satılacaq. Biletlərin toplanması müddəti 28 aprel 2023-cü il tarixində başa çatacaq və püşkatma mərasimindən sonra bilet müraciətləri qəbul edilən azarkeşlər UEFA-ya elektron poçt vasitəsilə məlumat veriləcək. Bundan əlavə, futbol azarkeşləri onlara ayrılmış kateqoriya üzrə maksimum 2 bilet əldə edə biləcəklər.
Ləman Abbaslı