Dünya çempionatı: Azərbaycan taekvondoçuları bu gün də medal qazana bilmədilər

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatını medalsız başa vurub.

Ednews xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılsa da, Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.

87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) yensə də, Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) yenib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.

Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməmişdi.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU