Beynəlxalq Olimpiya Komitəsi İranı olimpiyadadan kənarlaşdıra bilər.
Ednews xəbər verir ki, bu barədə məlumatı “Azad İran” “yayıb.
Məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi İranda insan haqlarının pozulması hallarının davam edəcəyi təqdirdə iranlı idmançıların gələn il Parisdə keçiriləcək Olimpiya oyunlarında iştirakını qadağan etməyə hazırdır.
Komitədən bildirilib ki, İranda etirazçılarla hökumət arasında yaşanan gərginlikdə idmançılar da İran rejiminin hədəfinə çevrilib.