İran əsilli taekvondoçu Milad Beigi Herçaqani yenidən milli komandamızın heyətinə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə millimizin baş məşqçisi Məmməd Abdullayev məlumat verib.
Artıq məşqləri bərpa edən idmançı millinin heyətində hazırlığa başlayıb.
Xatırladaq ki, 2 qat dünya, Avropa çempionu, həmçinin olimpiya oyunlarının bürünc mükafatçısı ötən il millimizin keçmiş baş məşqçisi iranlı Reza Mehmandost tərəfindən olimpiya çempionu Radik İsayevlə birlikdə müəmmalı çəkildə yığmadan uzaqlaşdırılmışdı.