24 Sentyabr , 2023 9:00
Böyük Dəbilqə: Azərbaycanın daha 10 cüdoçusu mübarizəyə başlayır
Böyük Dəbilqə: Azərbaycanın daha 10 cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha 10 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Ednews - un məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşangi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxacaq.
90 kq
Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro)
Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF)
Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan)
Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi
100 kq
Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)
Zelim Kotsoyev - Matias Madsen (Danimarka)
+100 kq
İmran Yusifov - Kamzat Saparbayev (Fransa)
Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya)
Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya)
Ramazan Əhmədov - Tamerlan Başayev (İJF)
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.