“Barselona” “Brayton”a icarəyə verdiyi hücumçusu Ansu Fatini satmağı planlaşdırır.
Ednews “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçu icarədən qayıtdıqdan sonra komandada saxlamayacaq.
Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm “Brayton”da beş oyun keçirib və bir qol vurub.