"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 11-ci turunda "Real"a qarşı keçirəcəkləri matçdan gözləntilərini bölüşüb.
Ednews AS-a istinadən xəbər verir ki, o, komandaların şanslarının bərabər olduğunu deyib: “Belə matçda demək olar ki, heç vaxt favorit olmur. Heç vaxt heç nəyi proqnozlaşdıra bilməzsən. Şanslar 50-dən 50-yə qədərdir”.
Qeyd edək ki, "Barselona" - "Real" matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.