"Beşiktaş"ın futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.
Ednews xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Dünən kamerunlu hücumçunun məşqdən sonra halı pisləşib. Ötən gecə xəstəxanada qalan futbolçunun müalicəsi davam etdirilir.
Qarın ağrısı və yüksək temperaturu olan 31 yaşlı hücumçu sabah "Qaziantep"lə keçiriləcək Superliqa matçında iştirak etməyəcək.