"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.
Ednews xəbər verir ki, qalibin adı Parisdəki "Şatle" teatr binasında keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.
İlin futbolçusu adına 30 namizəd var ki, onlardan 3-ü bu mükafatı qazanmağa daha iddialı hesab olunur. Bunlar Lionel Messi ("İnter Mayami", Argentina), Erlinq Haaland ("Mançesterr Siti", Norveç) və Kilian Mbappedir (PSJ, Fransa).
Qeyd edək ki, Messi indiyədək bu mükafatı 7 dəfə qazanıb. Argentina millisi ilə son dünya çempionatının qalibi olan hücumçunun bu dəfə də "Qızıl top"a sahib olacağı haqda xəbərlər yayılıb.
Xatırladaq ki, mükafatın son qalibi bu yay "Real"dan ayrılaraq "Əl-İttihad"a keçən Kərim Benzemadır.