Avstraliya 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün namizədləyini geri çəkib.
Ednews xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Açıqlamada bütün faktorlar nəzərə alınaraq namizədliyin geri alındığı bildirilib. Hazırda DÇ-2032 üçün yeganə namizəd Səudiyyə Ərəbistanıdır.
Qeyd edək ki, 2026-cı ildəki dünya çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq. Argentina, Uruqvay və Paraqvayın hərəsində bir oyun olmaqla 2030-cu il mundialı isə Portuqaliya, İspaniya və Mərakeşdə təşkil olunacaq.