“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, bilet satışları davam edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Biletləri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kasalarından əldə etmək mümkündür.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.