"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi klubun növbəti seçkilərdə namizəd olub-olmayacağı barədə qərarını verib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu vəzifəyə namizədliyini irəli sürməyəcək.
64 yaşlı funksioner "Beşiktaş" camiəsinin sakitliyə və yeni enerjiyə ehtiyacı olduğu üçün belə qərara qəbul etdiyini bildirib.
Qeyd edək ki, "Beşiktaş"da prezident seçkiləri noyabrın 26-da keçiriləcək.
Xatırladaq ki, Ahmet Nur Çebi 2019-cu ildən İstanbul təmsilçisinin prezidentidir.