"Real" klubun baş həkimi Niko Mihiçi istefaya göndərib.
Ednews xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Mihiçin qovulmasında həlledici faktor Arda Gülerin ardıcıl zədələnməsi olub. Arda Gülerin Madrid təmsilçisində ilk zədəsi zamanı gənc oyunçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı Mihiçlə doktor Leyes arasında fikir ayrılığı yarandığı xəbəri yayılıb. Mihiç Türkiyə millisinin üzvünün əməliyyat olunmamasının tərəfdarı olub.