İsveçin Azərbaycandakı səfirliyi Azərbaycan millisini Avro2024-ün seçmə mərhələsində İsveç üzərində 3:0 hesablı qələbə münasibəti ilə təbrik edib.
Ednews xəbər verir ki, bununla bağlı səfirlik rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə paylaşım edib:
"Bakıda keçirilən oyunda layiqli qələbə münasibəti ilə Azərbaycan milli futbol komandasını təbrik edirik" - deyə paylaşımda yazılıb.