"Bavariya"nın hücumçusu Tomas Müller Münhen klubundan narazıdır.
Ednews xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Futbolçu son zamanlarda az oyun şansı almasına görə məyusdur. Bu durum Mülleri narahat edir. Komandanın digər üzvləri isə 34 yaşlı oyunçunu lideri kimi dəyərləndirir.
Klub rəhbərliyi Müllerin gələn ilin iyununda başa çatacaq yeni müqaviləyə asanlıqla razılaşacağına inanır. Lakin Tomasın az oyun şansı alması yeni müqavilənin imzalanmasına mane ola bilər.
Bu mövsüm Müller Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 qolun ötürməsini verib.