Bundesliqanın 12-ci turunun "Köln"lə matçı "Bavariya"nın hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Ednews xəbər verir ki, 30 yaşlı forvard görüşdə fərqlənib. Bununla da o, 2023-cü ildə 49-cu qolunu vurub.
Keyn bu qollara həm "Tottenhem"in, həm "Bavariya"nın, həm də İngiltərə millisinin heyətində imza atıb.
Daha əvvəl heç bir futbolçu 2023-cü ildə 49 qol həddinə çatmayıb. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland və "Əl Nəsr”in forvardı Kriştiano Ronaldonun hərəyə 48 qolu var. PSJ-dən Kilian Mbappe isə 47 dəfə fərqlənib.