Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub.
Bu barədə Ednews-a Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib.
K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçu bürünc medala sahib olub.