"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandanın məşqini "Lamborghini" ilə tərk edib.
Ednews xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Hakan Çalhanoğlu 2020-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 11 qol vurub və 3 qolun ötürməsini verib.
Futbolçunun Milan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.