“İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.
Ednews xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında bildirib.
“Epizodlara baxdım. İngilis hakiminə yaraşmayan qırmızı oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi. Qərar belə verildi.
Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmaz. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdır”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.