"Uğursuz açıqlama" - Türkiyə Merkelə cavab verdi | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


"Uğursuz açıqlama" - Türkiyə Merkelə cavab verdi

Dünya A- A A+

Almaniya kansleri Angela Merkelin bu açıqlaması çox uğursuz idi.

Bu sözləri Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri Ömər Çəlik deyib.

“Avropa Birliyi ilə Türkiyə arasında imzalanmış bir razılaşma haqqında hansısa ölkənin rəhbərinin çıxış etməsi düzgün deyil. Bunu yalnız AB-nin zəifləməsini istəyənlər edə bilər. AB Komissiyası bu cür halların qarşısını almalıdır. Gömrük Birliyi Razılaşması təkcə bizim mənafeyimizə deyil, AB-nin də mənafeyinə uyğundur. Biz sözügedən razılaşmanın yenilənməsi ilə bağlı işlərimizi davam etdiririk”, - Ömər Çəlik bildirib.

Xatırladaq ki, ötən gün Angela Merkel Gömrük Birliyi Razılaşmasını yeniləməyəcəklərini açıqlamışdı. (Axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...