Sentyabr ayında Yer kürəsi yaxınlığından NASA-nın müşahidə apardığı tarixdə ən böyük asteroid keçəcək.
NASA-nın məlumatına əsasən, diametri 4,4 kilometr olan "Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixdə Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.
"Bəzi asteroidlər Yerə "Florens”dən daha yaxın məsafədə yaxınlaşıblar, lakin onların hamısının ölçüləri kiçik olub. "Florens” - NASA-nın səma cismlərinin aşkar edilməsi və izlənilməsi layihəsi çərçivəsində Yer kürəsinə yaxınlaşacaq ən böyük asteroid olacaq”, - NASA-nın Pasadenadakı nümayəndəsi Pol Xodas deyib.
Ekspertlər əmin edirlər ki, asteroidin Yerə yaxınlaşması təhlükəli deyil.(oxu.az)