Ermənistan parlamentinin binasında aparılan yoxlanış zamanı hələ ki, bomba tapılmayıb.
“news.am” xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan fövqəladə hallar nazirinin müavini David Karapetyan bildirib.
“Hələlik şübhəli heç nə tapılmayıb. Axtarış işləri hələ də davam edir”, - o vurğulayıb.
X X X
Naməlum şəxs Ermənistan parlamentinə bomba qoyulması barədə məlumat verib.
Bu barədə Ermənistan FHN məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 2-si, saat 06:56-da Milli Yığıncağın binasına bomba qoyulduğu bildirilib. Zəng Baqramyan, 19 ünvanından daxil olub.
Məlumat təsdiqini tapmayıb.