Türkiyə üçün əsl təhlükə oradan gələcək Ankara üçün ŞOK XƏBƏRDARLIQ

Dünya 17:50 03.10.2017
Bütün gözlər İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəldiyi halda PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır.
 
Bu haqda “Haberturk” qəzetinin yazarı Sərdar Turqut bildirib.
 
“Bütün dünyanın diqqəti İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəlib. ABŞ-ın dəstəklədiyi PYD isə Suriyanın şimalında muxtariyyət elan etməyə hazırlaşır”, - o yazıb.
 
Sərdar Turqutun Amerika təhlükəsizlik mənbələrinə istinad edərək verdiyi məlumata görə, masadakı yekun plan müstəqilliklərin elan edilməsindən sonra İraq və Suriyadakı muxtar strukturları birləşdirməkdir.
 
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi baxımından Şimali İraq əhəmiyyətli olsa da, Suriyanın şimalında baş verənlər diqqətdən qaçırılmamalıdır.
 
“Çünki Suriyanın şimalında yaşananlar Türkiyə üçün daha kritik nəticələr doğura bilər. Şimali İraqda referendum keçirildiyi günlərdə Suriyanın şimalında kürdlərin Rojava adlandırdığı bölgədə Demokratik Birlik Partiyası (PYD) tərəfindən bələdiyyələrə seçkilər keçirildi. PYD bununla da üç mərhələli seçki prosesinə başladı. Bu proses 2018-ci ilin yanvar ayında regional parlamentə seçkilərlə yekunlaşacaq. Noyabrda yerli şuralara, 2018-ci ilin yanvar ayında isə yerli parlamentə seçkilərin keçirilməsi nəzərdə tutulur”, - yazar vurğulayıb.
Sərdar Turqut bildirib ki, Suriyanın şimalındakı kürdlər Şimali İraqdakı kürdlərdən daha ağıllıdır:
 
“Suriyanın şimalındakı kürdlər Şimali İraqdakı kürdlər kimi reaksiya çəkməmək üçün bu prosesdə son hədəfin tam müstəqillik olmadığını Vaşinqtona da söylədilər. Şimali Suriyadakı kürdlər parlament seçkilərindən sonra müstəqillik istəmədiyini söyləyəcək. Amma bu, fikrimizcə, Suriya və Türkiyənin reaksiyalarına səbəb olmadan muxtariyyətin yaradılması üzrə strategiyanın bir parçasıdır”.
Yazar qeyd edir ki, bütün bu prosesləri nəzərə alsaq, Türkiyənin milli təhlükəsizliyinə əsl təhlükənin Suriyanın şimalından gəldiyini demək olar:
 
“Türkiyənın Şimali İraqda İran və İraqla birgə işləmək üçün bir çox variantları var. Amerika da uzun müddətli planını pozduğu üçün Məsud Bərzaniyə qəzəblənib. Ancaq Şimali Suriyada vəziyyət çox fərqlidir. Türkiyənin Dəməşqlə birbaşa əlaqəsi yoxdur və münasibətləri çox pisdir. Hər hansı vasitəçinin isə kürd məsələsində birgə hərəkət etməli olan Türkiyə və Suriyanın bir araya gətirəcəyi şübhəli görünür. Digər tərəfdən, Vaşinqton hazırda bölgədəki kürdləri tam dəstəkləyir”.(publika.az)
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı