Meksikanın Miçoakan ştatının Paraço şəhərinin meri Stalin Sançeas Qonzales qətlə yetirilib.
Bu barədə informasiyanı öz Twitter səhifəsində ştatın qubernatoru Silvano Aureoles paylaşıb. O, merin ölümündə günahkar olanların dərhal cəzalandırılmasını tələb edib.
Aureoles hələlik cinayəti kimin törətdiyinin bilinmədiyini söyləyib.