Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək.
V.Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Səfərin məqsədi Qüdslə bağlı vəziyyəti müzakirə etməkdir.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.
İordan çayının qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar davam edir.