Cənubi Afrika Respublikasında baş verən yol-nəqliyyat hadisəsində həlak olanların sayı 14 nəfərə çatıb. Bu barədə ölkənin nəqliyyat naziri Co Masanqvani məlumat verib.
Qəza nəticəsində 260 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Xatırladaq ki, dekabrın 4-də Hennenman və Kroonstad yaşayış məntəqələri arasında qatar minik avtomobili və yük maşını ilə toqquşub. Nəticədə bir neçə vaqon relsdən çıxaraq aşıb və yanmağa başlayıb.
Port-Elizabetdən Yohannesburq şəhərinə gedən qatarda qəza zamanı 713 sərnişinin olduğu bildirilir.