ABŞ prezidenti Barak Obama prezidentlik vəzifəsindən getməzdən əvvəl AB ilə Transatlantik Ticarət Sərmayə Ortaqlığı müqaviləsini imzalamaq istəyir.
Dünən ABŞ prezidenti Barak Obama rəsmi görüşlər keçirmək üçün Almaniyanın yarmarkalarla tanınan şəhəri Hannoverə də gedib. Orada Almaniya kansleri Angela Merkellə birlikdə yarmarkanın açılşında da iştirak edib.
Dünya mətbuatı yazır ki, Obamanın əslində gəlişinin məqsədi Avropa Birliyi ilə TTSO (Transatlantik Ticarət Sərmayə Ortaqlığı) müqaviləsini imzamaq olub.
Qeyd edək ki, bu müqavilənin imzalanması ilə Avropa Birliyi ilə ABŞ arasında gömrük divarları qaldırılır və Atlantik okeanın hər iki cəbhəsində ticarət yüksəldiləcək.
Bu gün Obama Hannoverdə Merkelin, Devid Kameronun, Fransouz Hollandın və İtaliyanın baş naziri Matteu Renzo ilə kiçik bir zirvə toplantısı keçirəcək. Əsas müzakirə olunacaq məsələ isə TTSO olacaq.
Xatırladaq ki, sorğulara görə, amerikalıların 15%, almanların isə yalnız 17% TTSO-nun reallaşmasını istəyir. Bununla yanaşı, avropalılar əkin və qida standartlarının ABŞ standartlarına endirilmə təhlükəsindən təşvişə düşüblər.
Ekspertlər bildirir ki, əgər TTSO müqaviləsi bağlansa ümumilikdə Avropada 600 min insan işini itirəcək.