Türkiyənin Hakkari şəhərinin Yüksəkova mahalında partlayış baş verib.
Terrorçular tərəfindən yola yerləşdirilən bomba partlayıb.
Partlayış axşam saatlarında Yüksəkova-Şəmdinli yolu üzərində yerləşən həbsxana qovşağında baş verib və ölən və yaralananın olmadığı bildirilib.
Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. (axar.az)