Ankara valisi Erkan Topaca Türkiyənin paytaxtında ABŞ səfirliyi və bu ölkənin vətəndaşlarının toplaşdığı yerdə mümkün terror aktları ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
“ABŞ tərəfinin kəşfiyyat məlumatları əsasında Ankarada əlavə təhlükəsizlik tədbirləri görülüb”, - deyə valiliyin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik təhdidləri ilə əlaqədar fəaliyyətini dayandırıb.
"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunması barədə sonradan elan edəcək", - deyə səfirliyin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.