KXDR lideri Kim Çen İnin kiçik bacısı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinə üzv seçilib.
Bundan əvvəl Kim Yo Çjon Mərkəzi Komitənin təşviqat və təbliğat şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Kim Yo Çjon ötən ilin martından etibarən müxtəlif tədbirlərdə qardaşını müşaiyət etməyə başlayıb.
Partiya orqanlarının yeni tərkibi mayın 6-9-da keçirilmiş qurultayda təsdiq edilib. Kim Çen In isə Koreya Əmək Partiyasının sədri seçilib.
"APA"