Avstriyada sərnişin qatarı relsdən çıxıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İnsident Sankt-Pelten şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı qatarda 80 sərnişin olub. Onlardan 2-sinin ağır xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.