Eurasia Diary "Aljazeera"a istinadən xəbər verir ki, Şimal və Cənubi Koreya gələn həftə Pxenyanda liderlərin zirvəsi toplantısından əvvəl sərhəddə əlaqə bürosu açılıb.
Cümə günü Şimali Koreyanın Kaesong şəhərindəki ofisin açılışı, Koreyalıların bu il apardığı bir sıra uzlaşmaların nəticəsidir.
1945-ci ildə İkinci Dünya Müharibəsi zamanı Koreya yarımadası iki dövlətə bölünmüşdür. Bu ofisin açılışı 1945-ci ildən bu günə qədər bir ilk hesab edilir.
Koreyalılar bu günə qədər ünsiyyət qurmaq üçün mobil telefon və faks kimi əlaqə kanallarını istifadə edir. Lakin, Şimali Koreyanın nüvə proqramı üzərində gərginlik yarandıqda bu kanallar tez-tez dayanırdı.
“Biz üz-üzə əyləşib çətin problemlərin həlli üçün səylərimizi birləşdirəcəyik”, Cənubi Koreyanın Birləşmə Naziri Ço Mön Gön söyləyib. Nazir ofisin açılmasını qarşılıqlı inkişafın bünövrəsi hesab edir.