ABŞ və Kanada rəsmiləri NAFTA ilə bağlı müzakirələr etmək üçün BMT çərçivəsində növbəti günlərdə qeyri-rəsmi görüşlər keçirməyi planlaşdırırlar. Bu barədə Eurasia Diary “Reuters”ə istinadla xəbər verir.
ABŞ NAFTA Sazişinin yenilənməsi üçün Sentaybrın axırına vaxt qoyub.
Kanada Xarici İşlər Naziri Kristia Frilənd və ABŞ Ticarət Nümayəndəsi Robert Laytayzer bu gün Nyu-Yorkda və sabah BMT Baş Assambleyasında görüşəcəklər.
Keçən ay ABŞ prezidenti Donald Tramp Meksika ilə razılıq əldə etmişdir və Kanadanı razılaşmadığı təqdirdə ittifaqdan çıxaracağını və avtomobil məhsullarına 25% gömrük rüsumu qoyacağı ilə hədələmişdi.
Keçən həftə cümə axşamı Frilənd və Laytayzer kiçik irəliləyiş əldə etmişlər və Kanada avtomobil rüsumunun ləğvindən sonra razılığın mümkünlüyünü bəyan etmişdir.